Bakı Limanının Korporativ Sosial Məsuliyyət proqramında insanların sağlamlığı və təhlükəsizliyi, eləcə də ətraf mühitin mühafizəsi prinsipləri yüksək səviyyədə nəzərə alınır. Şirkət cəmiyyətə müsbət təsir göstərmək öhdəliyi daşıyır. Təhsil sahəsinə investisiyanın qoyulması şirkətin sosial məsuliyyət üzrə əsas prioritetlərindən biridir. Biz inanırıq ki, şirkət təhsil proqramlarına dəstək göstərməklə və tələbələr üçün təcrübə proqramları təklif etməklə insanların imkanlarının genişləndirilməsinə və cəmiyyətdə müsbət dəyişikliklərin reallaşmasına kömək edəcək.