Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində fəaliyyət göstərəcək Gömrük ərazisi xidməti ilə sahibkarlara və işgüzar şirkətlərə yeni xidmət təklif edilir. Bu xidməti təqdim etmək üçün Bakı Limanı aşağıdakı resurslara malikdir:

 

1.1.            Toplam 40 ha.

1.2.            Qapalı anbar – 2 ( hər biri 5,000 kv.m. )        

1.3.            Konteyner saxlanc ərazisi-12,500 kv.m.)

1.4.            Açıq ərazi – 8.6 ha.

 

Avadanlıqlar:

 

1.1.           Terminal traktoru – 4

1.2.           Konteyner yükləyicisi – 2

1.3.           Forkliftlər – 16

1.4.           “Qaz boyunlu” traktor - 3     

1.5.           Treyler (qoşqu) - 3

1.6.           Mobil yükləyici – 5     

1.7.           Yük konteyneri üçün qaldırıcı texnika (riçstaker) – 2              

1.8.           Mobil (müxtəlif təyinatlı) kran – 1

 

Gömrük ərazisindən istifadə edəcək sahibkarlara və işgüzar şirkətlərə təqdim etdiyimiz xidmətlər aşağıdakılardır:

 

1.      Saxlanc xidməti

2.      Yüklərin boşaldılması/yüklənməsi xidməti

3.      Ünvandan ünvana çatdırılma

4.      Yükün real vaxtda izlənməsi

 

Təqdim etdiyimiz xidmət sahibkarlara və işgüzar şirkətlərə aşağıdakı imkan və üstünlükləri verəcək:

 

Məhsullarının son satış yerlərinin seçimində sərbəstlik yaranacaqdır ki, sahibkarlar məhsullara olan tələbata uyğun olaraq qərar qəbul edilə biləcəklər. Bu həm məhsulu daxili bazarda, həm də xarici bazarda dəyərləndirə bilmək sərbəstliyi olmaqla yanaşı, məhsulu istehsalçıya qaytarmaq üstünlüyü də verəcəkdir. Məhsulları sahibinə lazım olan vaxtda, lazım olan miqdarda gömrükdən keçirməklə realizasiyanı təşkil edə biləcəklər. Bu daha çox hasilatın pay bölgüsü sazişlərinin iştirakçıları ilə daha səmərəli işləməyə imkan verəcəkdir.

 

Həmçinin, müvəqqəti gömrük və saxlanc ərazisi logistik və distributer şirkətlərinə buradan beynəlxalq logistika mərkəzi kimi istifadə etmələrinə şərait yaradacaq. Qeyd olunan ərazi Dövlət Gömrük Komitəsi ilə birgə fəaliyyət göstərəcək və ərazi 24/7 gömrük xidməti ilə təmin olunacaq.