Bakı Limanı hesab edir ki, təhlükəsizlik hər bir şəxsin fəaliyyətinin mühüm hissəsini təşkil edir və qəzaların qarşısını almaq mümkündür. Ətraf mühitin mühafizəsi, işçilərin təhlükəsizliyinin təmin edilməsi, sağlamlığa və təhlükəsizliyə mənfi təsirlərin qarşısının alınması Bakı Limanının gündəlik fəaliyyətində əsas prioritetlərdir. Biz, əməkdaşlarımız üçün təhlükəsiz əmək şəraitini təmin etməyə, ətraf mühitin çirklənməsi ilə bağlı riskləri azaltmağa və sağlamlığa dəyə biləcək mənfi təsirlərin qarşısını almağa çalışırıq.

Əməliyyat zamanı bütün təhlükələrə nəzarət etmək üçün Bakı Limanı İş İcazəsi və İşlərin Ayrı-ayrı Növləri üzrə Riskin Qiymətləndirilməsi Proseslərini özündə əks etdirən İşə Nəzarət Sistemi tətbiq edir.

Bakı Limanının SƏTƏM Departamentinin işçi heyəti bütün obyektlərdə 24/7 fəaliyyət göstərir.

Bakı Limanı iş yerində insidentlərə səbəb ola biləcək və müəssisəmizin dayanıqlılığına və təhlükəsiz iş mühitinə xələl gətirəcək bütün davranışlara qarşı "sıfır dözümlülük" siyasətini tətbiq edir.

Bakı Limanında OHSAS 18001:2007 standartının tələblərinə uyğun akkreditə olunmuş üçüncü şəxs tərəfindən sertifikatlaşdırılmış Təhlükəsizliyin İdarəedilməsi Sistemi yaradılmışdır və bizə OHSAS 18001:2007 standartlarının bütün tələblərinə uyğunluğu təsdiq edən sertifikat (akkreditasiyaya və sertifikasiyanın linki) verilmişdir. Bundan başqa, biz bu yaxınlarda ISO 14001:2015 sertifikatını əldə etmişik.