Dayanıqlılıq bizim əsas dəyərlərimizdən biridir və bu dəyər Bakı Limanında bütün aspektlərdən əməliyyatların mərkəzində dayanır. Bizim proqramımız üç əsas elementə əsaslanır: təhlükəsiz, sağlam mühit; iqlim və enerji resurslarından rasional istifadə; insanlar və məşğulluq imkanları. Biz Azərbaycanda gələcək nəsillərə iqtisadi inkişaf platforması kimi xidmət göstərmək üçün öz rəhbərliyimizə, terminallarımıza və insan resurslarımıza investisiya yatırmağa davam edəcəyik.
2015-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 ölkə dayanıqlı inkişaf üzrə yeni gündəliyin bir hissəsi kimi 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM-lər) qəbul etmişdir. Qlobal Məqsədlər adlandırılan DİM-lər yoxsulluğu aradan qaldırmaq, planeti qorumaq və bütün insanların sülh şəraitində və firavan şəkildə yaşamasını təmin etmək üçün universal çağırış xarakteri daşıyır. Dəyər zəncirinin dayanıqlılığının artırılması göstərir ki, limanlardan DİM-lərə töhfə vermək gözlənilir. Aydındır ki, limanlar 17 DİM-in hər birini reallaşdıra bilməzlər. Burada əsas məqsəd hədəfləri təyin etmək və zəruri tədbirlər görmək üçün hansı DİM-lərin müvafiq hesab olunduğunu müəyyənləşdirməkdən ibarətdir. Bakı Limanı, həmçinin aşağıdakı DİM-ləri qəbul etməklə bu mühüm gündəliyə öz töhfəsini vermək niyyətindədir:
Ətraf mühit haqqında hesabatı yüklə