Bərə daşımaları bütün limanların inkişafı üçün vacibdir və son illərdə Bakı Limanı vasitəsilə sərnişin axınının əhəmiyyətli dərəcədə artması müşahidə olunmuşdur. Bakı Limanı Türkmənistanın Türkmənbaşı və Qazaxıstanın  Kurık limanları ilə əlaqələrə malikdir.

  • Obyektlər

    Bakı Limanı yüksək səviyyədə təkmilləşdirilmiş sərnişin və yük daşımaları xidmətlərini həyata keçirən 2 bərə terminalına və 2 Ro-Ro körpüsünə malikdir. 7 avqust 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərnişinlərə xidmətin yaxşılaşdırılması və dəniz turizminin genişləndirilməsi üçün yeni müasir sərnişin terminalının tikintisinin maliyyələşdirilməsinə 10,2 mln. Azərbaycan manatının (AZN) ayrılması haqqında sərəncam imzalayıb.

    Biletlər

    Azərbaycan bayrağı altındakı gəmilərə biletləri hazırda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən əldə etmək mümkündür. Sərnişinlər biletləri tickets.portofbaku.com saytından əldə edə bilərlər. Biletlərlə bağlı informasiya əldə etmək üçün aşağıdakı əlaqə məlumatlarından istifadə edə bilərsiniz: (Bilet səhifəsinin linkini daxil edin)

     

    Bakı Limanının Satış və Marketinq Departamenti

    Telefon: +994 (12) 4934097

    E-poçt: sales@portofbaku.com

     

    "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC

    Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1029, Heydər Əliyev prospekti 152

    Tel: (+99412) 404 37 00

    Faks: (+99412) 404 38 00

    E-poçt: contact@acsc.az

Səhayət

Bakı Limanından gəmi ilə səyahət rahat və əlverişlidir. Liman Bakıdan 70 km məsafədə yerləşir və ölkənin hər yerindən əsas dəmir yolu və avtomobil şəbəkələri ilə təchiz olunur. Yollar sürətli və yaxşı vəziyyətdədir və limanda öz avtomobili ilə gələnlər üçün dəqiq yol nişanları var.

Bərə və Ro-Ro tipli gəmilərlə gələn sərnişinlər üçün rahat və müasir avtobuslar xidmət göstərir. Avtobuslar Bakı-Ələt marşrut xətti üzrə hərəkət edir. Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına getmək üçün avtobus marşrutları:

- Birinci məntəqə - Port Baku Parkı (Neftçilər prospekti)
- İkinci məntəqə - Binə Ticarət Mərkəzinin qarşısında yerləşən 5 nömrəli köşk
 

Yarana biləcək suallarla bağlı 24/7 rejimdə işləyən əlaqə nömrələri:
 
+994 (55) 515 55 95
+994 (55) 400 09 45

Gəminin gəlişi barədə məlumat almaq üçün dispetçerlə əlaqə saxlayın (24/7):
 
+994 (55) 205 40 33