Bakı Limanı öz qlobal şəbəkəsinin və regional və beynəlxalq limanlarla sıx tərəfdaşlıq əlaqələrinin üstünlüklərindən faydalanır. Tərəfdaşlarla imzalanmış əməkdaşlıq sazişləri iqtisadi və kommersiya əlaqələrini möhkəmləndirmiş, beynəlxalq bazarın birgə tədqiqatları sahəsində əməkdaşlığı genişləndirmiş və nəqliyyat kanallarının sabitliyinə və effektivliyinə kömək etmişdir. Bakı Limanı uğurlu ikitərəfli münasibətlər qurmaqla yanaşı, bir sıra beynəlxalq təşkilatların da fəal üzvüdür. Bakıda böyük müvəffəqiyyətlə təşkil olunan IAPH 2018 Dünya Limanlar Konfransında beynəlxalq liman arenasında limanın əhəmiyyəti və onun tərəfdaşlıq və dayanıqlılığa sadiqliyinin qlobal iqtisadiyyatın gələcək inkişafına töhfə verəcəyi bir daha vurğulanmışdır.
Şəbəkələr/Beynəlxalq ÜzvlükBeynəlxalq Limanlar Assosiasiyası (IAPH)
1955-ci ildə əsası qoyulan Beynəlxalq Limanlar Assosiasiyası (IAPH) təxminən 170 limandan və 90-a yaxın ölkəni təmsil edən 140 dəniz şirkəti və müəssisəsindən ibarət qeyri-kommersiya məqsədli qlobal ittifaqdır. IAPH limanlar arasında əməkdaşlığı gücləndirməyə və onların daha dinc və firavan dünya yaratmaqda oynadıqları zəruri rolu təşviq etməyə xüsusi əhəmiyyət verir. Assosiasiyaya üzv olan limanlar dünyada dəniz ticarət yüklərinin 60%-dən çoxunu və qlobal konteyner daşımalarının təxminən 70%-ni birgə emal edirlər.
"İpək Yolu" Beynəlxalq Ticarət Palatası (SRCIC)
"İpək Yolu" Beynəlxalq Ticarət Palatası (SRCIC) İpək Yolu ölkələrinin milli kommersiya assosiasiyalarının transmilli biznes konfederasiyasıdır. Hazırda SRCIC 75 ölkədən dövlət səviyyəli təşkilatlar və milyonlarla törəmə müəssisəni təmsil edən 110-dan çox üzvü ilə ortaq maraqlar, ortaq öhdəliklər və ortaq gələcəyə malik bir mühit formalaşdırır. SRCIC müəssisə və hökumətləri birləşdirən, biznes assosiasiyaları və SRCIC üzvləri arasında əməkdaşlıq platforması yaradan körpü rolunu oynayır.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR)
2016-cı ildə əsası qoyulan TITR ("Orta Dəhliz") bu gün Çindən başlayaraq Qazaxıstan, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya qədər uzanan Orta Dəhlizdə bir çox ölkələrin və şirkətlərin maraqlarını təmsil edən birləşdirici təşkilatdır. Təşkilat Asiya və Avropa arasındakı marşrutlar üzrə yük və konteynerlərin daşınması ilə məşğul olan üzvlər arasında qarşılıqlı əlaqəni koordinasiya etmək məqsədi daşıyır. TITR inzibati prosedurların sadələşdirilməsinə, rəqabət mühitinin yaradılmasına kömək edir və yalnız Transxəzər marşrutu üzrə deyil, həm də qlobal kontekstdə biznes tərəfdaşlarının maksimal dərəcədə effektiv işləməsinə dəstək göstərir.
Avropa İttifaqının Bakı Limanı ilə əməkdaşlığıAvropa İttifaqının Bakı Limanının Əməliyyat İmkanlarının Artırılmasına Dəstəyi
Yeni limanın əməliyyat effektivliyini artırmaq məqsədi ilə, Bakı Limanı müxtəlif təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlığını inkişaf etdirməkdədir. Layihə limana çox rəqabətli beynəlxalq və regional mühitdə rəqabət aparmağa imkan verən texniki yardım göstərəcəkdir. Layihənin əsas məqsədi Bakı Limanını beynəlxalq logistika və ticarət qovşağına çevirmək üçün Azərbaycan hökümətina dəstək verməkdir.
Seminarlar və ekspert missiyaları
- TAIEX Seminarı - Dəniz limanının idarəedilməsi və əməliyyatların aparılması
- TAIEX Seminarı - Yaşıl limanın inkişafı: mavi iqtisadiyyatın qapısı
- TAIEX Ekspert Missiyası - Ekoloji siyasət, yaşıl mədəniyyət və yaşıl logistika zəncirinin təkmilləşdirilməsi
- TAIEX Ekspert Missiyası - Gəmi tullantılarının idarə edilməsi planının nəzərdən keçirilməsi
- TAIEX Ekspert Missiyası - Ətraf mühitin monitorinqi sisteminin təkmilləşdirilməsi
Aİ tərəfindən maliyyələşdirilən uzunmüddətli texniki yardım layihələri
Uğurla başa çatdırılmış layihə (sentyabr 2016 - oktyabr 2017)- EuropeAID / FWC "Yeni Bakı Limanının əməliyyat qabiliyyətlərinin artırılmasına dəstək",
- İnsan Resursları strategiyası
- Təlimlər və təhsil səfərləri
- Aİ-Bakı Limanı əməkdaşlığının növbəti addımlarının hazırlanması
Davam edən layihə (Yanvar 2018 - Aprel 2020)- EuropeAid” tərəfindən texniki yardım "Yeni Bakı Limanının əməliyyat qabiliyyətlərinin artırılmasına Aİ-nın dəstəyi"
TərəfdaşlarAfrika

Cibuti Liman və Azad Zonalar İdarəsi
Cibuti şəhəri, Cibuti

İsgəndəriyyə Liman İdarəsi
İsgəndəriyyə, Misir
Asiya

Quançjou Liman İdarəsi
Quançjou, Çin

Lyanyunqan Liman Holdinqləri Qrupu
Lyanyunqan, Çin

COSCO Gəmiçilik İdarəsi
Şanxay, Çin

Mumbay Liman İdarəsi
Mumbay, Hindistan

İndoneziya Limanlar Korporasiyası
Cakarta, İndoneziya

Busan Liman İdarəsi
Busan, Cənubi Koreya
Avropa

Antverpen Beynəlxalq Limanı
Antverpen, Belçika

Bolqar Limanları İnfrastrukturu Şirkəti
Sofiya, Bolqarıstan

Konstansa Limanı
Konstansa, Rumıniya

Samsun Limanı
Samsun, Türkiyə

Anakliya Dəniz Limanı
Anakliya, Gürcüstan

Batumi Dəniz Limanı
Batumi, Gürcüstan
Latın Amerikası

Panama Dəniz İdarəsi
Panama şəhəri, Panama
Mərkəzi Asiya

Aktau Beynəlxalq Dəniz Ticarət Limanı
Aktau, Qazaxıstan

Kurık Limanı
Kurık, Qazaxıstan

Türkmənbaşı Beynəlxalq Dəniz Limanı
Türkmənbaşı, Türkmənistan
Yaxın Şərq

DP World
Dubay, BƏƏ

Qatar Ports Management Co.
Doha, Qətər
Ətraflı məlumat üçün aşağıdakı əlaqə məlumatlarından istifadə edə bilərsiniz:Zaur HasanovBeynəlxalq Əməkdaşlıq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri
Bakı Limanı öz qlobal şəbəkəsinin və regional və beynəlxalq limanlarla sıx tərəfdaşlıq əlaqələrinin üstünlüklərindən faydalanır. Tərəfdaşlarla imzalanmış əməkdaşlıq sazişləri iqtisadi və kommersiya əlaqələrini möhkəmləndirmiş, beynəlxalq bazarın birgə tədqiqatları sahəsində əməkdaşlığı genişləndirmiş və nəqliyyat kanallarının sabitliyinə və effektivliyinə kömək etmişdir. Bakı Limanı uğurlu ikitərəfli münasibətlər qurmaqla yanaşı, bir sıra beynəlxalq təşkilatların da fəal üzvüdür. Bakıda böyük müvəffəqiyyətlə təşkil olunan IAPH 2018 Dünya Limanlar Konfransında beynəlxalq liman arenasında limanın əhəmiyyəti və onun tərəfdaşlıq və dayanıqlılığa sadiqliyinin qlobal iqtisadiyyatın gələcək inkişafına töhfə verəcəyi bir daha vurğulanmışdır.
1955-ci ildə əsası qoyulan Beynəlxalq Limanlar Assosiasiyası (IAPH) təxminən 170 limandan və 90-a yaxın ölkəni təmsil edən 140 dəniz şirkəti və müəssisəsindən ibarət qeyri-kommersiya məqsədli qlobal ittifaqdır. IAPH limanlar arasında əməkdaşlığı gücləndirməyə və onların daha dinc və firavan dünya yaratmaqda oynadıqları zəruri rolu təşviq etməyə xüsusi əhəmiyyət verir. Assosiasiyaya üzv olan limanlar dünyada dəniz ticarət yüklərinin 60%-dən çoxunu və qlobal konteyner daşımalarının təxminən 70%-ni birgə emal edirlər.
"İpək Yolu" Beynəlxalq Ticarət Palatası (SRCIC) İpək Yolu ölkələrinin milli kommersiya assosiasiyalarının transmilli biznes konfederasiyasıdır. Hazırda SRCIC 75 ölkədən dövlət səviyyəli təşkilatlar və milyonlarla törəmə müəssisəni təmsil edən 110-dan çox üzvü ilə ortaq maraqlar, ortaq öhdəliklər və ortaq gələcəyə malik bir mühit formalaşdırır. SRCIC müəssisə və hökumətləri birləşdirən, biznes assosiasiyaları və SRCIC üzvləri arasında əməkdaşlıq platforması yaradan körpü rolunu oynayır.
2016-cı ildə əsası qoyulan TITR ("Orta Dəhliz") bu gün Çindən başlayaraq Qazaxıstan, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya qədər uzanan Orta Dəhlizdə bir çox ölkələrin və şirkətlərin maraqlarını təmsil edən birləşdirici təşkilatdır. Təşkilat Asiya və Avropa arasındakı marşrutlar üzrə yük və konteynerlərin daşınması ilə məşğul olan üzvlər arasında qarşılıqlı əlaqəni koordinasiya etmək məqsədi daşıyır. TITR inzibati prosedurların sadələşdirilməsinə, rəqabət mühitinin yaradılmasına kömək edir və yalnız Transxəzər marşrutu üzrə deyil, həm də qlobal kontekstdə biznes tərəfdaşlarının maksimal dərəcədə effektiv işləməsinə dəstək göstərir.
Avropa İttifaqının Bakı Limanının Əməliyyat İmkanlarının Artırılmasına Dəstəyi
Yeni limanın əməliyyat effektivliyini artırmaq məqsədi ilə, Bakı Limanı müxtəlif təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlığını inkişaf etdirməkdədir. Layihə limana çox rəqabətli beynəlxalq və regional mühitdə rəqabət aparmağa imkan verən texniki yardım göstərəcəkdir. Layihənin əsas məqsədi Bakı Limanını beynəlxalq logistika və ticarət qovşağına çevirmək üçün Azərbaycan hökümətina dəstək verməkdir.
Seminarlar və ekspert missiyaları
- TAIEX Seminarı - Dəniz limanının idarəedilməsi və əməliyyatların aparılması
- TAIEX Seminarı - Yaşıl limanın inkişafı: mavi iqtisadiyyatın qapısı
- TAIEX Ekspert Missiyası - Ekoloji siyasət, yaşıl mədəniyyət və yaşıl logistika zəncirinin təkmilləşdirilməsi
- TAIEX Ekspert Missiyası - Gəmi tullantılarının idarə edilməsi planının nəzərdən keçirilməsi
- TAIEX Ekspert Missiyası - Ətraf mühitin monitorinqi sisteminin təkmilləşdirilməsi
Aİ tərəfindən maliyyələşdirilən uzunmüddətli texniki yardım layihələri
- EuropeAID / FWC "Yeni Bakı Limanının əməliyyat qabiliyyətlərinin artırılmasına dəstək",
- İnsan Resursları strategiyası
- Təlimlər və təhsil səfərləri
- Aİ-Bakı Limanı əməkdaşlığının növbəti addımlarının hazırlanması
- EuropeAid” tərəfindən texniki yardım "Yeni Bakı Limanının əməliyyat qabiliyyətlərinin artırılmasına Aİ-nın dəstəyi"
Afrika

Cibuti Liman və Azad Zonalar İdarəsi
Cibuti şəhəri, Cibuti

İsgəndəriyyə Liman İdarəsi
İsgəndəriyyə, Misir
Asiya

Quançjou Liman İdarəsi
Quançjou, Çin

Lyanyunqan Liman Holdinqləri Qrupu
Lyanyunqan, Çin

COSCO Gəmiçilik İdarəsi
Şanxay, Çin

Mumbay Liman İdarəsi
Mumbay, Hindistan

İndoneziya Limanlar Korporasiyası
Cakarta, İndoneziya

Busan Liman İdarəsi
Busan, Cənubi Koreya
Avropa

Antverpen Beynəlxalq Limanı
Antverpen, Belçika

Bolqar Limanları İnfrastrukturu Şirkəti
Sofiya, Bolqarıstan

Konstansa Limanı
Konstansa, Rumıniya

Samsun Limanı
Samsun, Türkiyə

Anakliya Dəniz Limanı
Anakliya, Gürcüstan

Batumi Dəniz Limanı
Batumi, Gürcüstan
Latın Amerikası

Panama Dəniz İdarəsi
Panama şəhəri, Panama
Mərkəzi Asiya

Aktau Beynəlxalq Dəniz Ticarət Limanı
Aktau, Qazaxıstan

Kurık Limanı
Kurık, Qazaxıstan

Türkmənbaşı Beynəlxalq Dəniz Limanı
Türkmənbaşı, Türkmənistan
Yaxın Şərq

DP World
Dubay, BƏƏ

Qatar Ports Management Co.
Doha, Qətər