-
Bakı Limanının Korporativ Sosial Məsuliyyət proqramında insanların sağlamlığı və təhlükəsizliyi, eləcə də ətraf mühitin mühafizəsi prinsipləri yüksək səviyyədə nəzərə alınır. Şirkət cəmiyyətə müsbət təsir göstərmək öhdəliyi daşıyır. Təhsil sahəsinə investisiyanın qoyulması şirkətin sosial məsuliyyət üzrə əsas prioritetlərindən biridir. Biz inanırıq ki, şirkət təhsil proqramlarına dəstək göstərməklə və tələbələr üçün təcrübə proqramları təklif etməklə insanların imkanlarının genişləndirilməsinə və cəmiyyətdə müsbət dəyişikliklərin reallaşmasına kömək edəcək.
-
-
Bizim məqsədimiz iqtisadi və ekoloji maraqların balanslaşdırılmış şəkildə təmin edilməsini Şirkətin sosial məsuliyyət siyasətinin aparıcı qüvvəsinə çevirməkdir. Xəzər dənizinin ilk Yaşıl Limanı olaraq, biz ətraf əraziləri yaşıl, səmərəli və sağlam mühitə çevirmək məqsədi daşıyan proqrama start vermişik.
-
-
Əməkdaşlarımızın sağlamlığının qorunması və təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi Şirkətin sosial məsuliyyət daşıyan biznes modelinin mühüm komponentləridir. Sağlamlıq və Təhlükəsizliyin İdarə edilməsi Sisteminin davamlı şəkildə təkmilləşdirilməsi sayəsində 2019-ci ildə Bakı Limanında heç bir ciddi qəza qeydə alınmamışdır.
-
Sosial məsuliyyət