Bakı Limanı Ələtdə (Bakıdan 70 km cənubda yerləşən qəsəbə), iki əsas nəqliyyat dəhlizinin - Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bura, eyni zamanda Azərbaycanın əsas dəmiryolu və magistral şəbəkələrinin birləşdiyi mərkəz kimi limanın məqsədlərinin yerinə yetirilməsinə kömək edir və regional və qlobal təchizat zəncirlərində mühüm rol oynayır. Bakı Limanı əsas intermodal paylama mərkəzi kimi fəaliyyət göstərməklə yanaşı limanın fəaliyyəti, Gömrük və Müvəqqəti saxlanc anbarları, Ələt qəsəbəsi və müxtəlif nəqliyyat və qeyri-nəqliyyat sektoru ilə bağlı layihələri özündə əks etdirən kompleks inkişaf modelindən istifadə edir.
Bakı Limanının inkişafı 2 mərhələ üzrədir:

I mərhələ

2019-cu ildə birinci mərhələnin inkişafı başa çatdırılıb və sonra Bakı Limanında ümumi yükaşırma imkanı artaraq 15 milyon ton ümumi yük və 100 000 TEU-ya qədər konteyner olub.

Körpünün növüKörpülərin sayıÜmumi yükaşırma imkanı
Bərə terminalı26.2 milyon ton
Ro-Ro körpüsü21.8 milyon ton
Ümumi yük körpüsü77 milyon ton
Xidmət körpüsü2
Ələtdə liman kompleksinin tikintisinin birinci fazası bərə terminalı, ümumi yük körpüsü, Ro-Ro körpüsü, xidmət körpüsü, dəmiryolu xətləri, inzibati bina, gömrük məntəqəsi, açıq saxlama sahəsi, anbarlar, konteyner meydançası, körpülərə dəmir və avtomobil yol yanaşmaları, Ro-Ro rampaları, ağır yüklərin yerləşmə sahəsi və yük maşınlarının dayanacaq sahəsinin tikintisini əhatə edir.

II mərhələ

Liman kompleksinin tikintisinin ikinci mərhələsinin başa çatdırılması ilə Bakı Limanının ümumi yükaşırma imkanı artaraq 25 milyon ton ümumi yük və 500,000 TEU-ya qədər konteyner olacaq.

Körpünün növüKörpülərin sayıÜmumi yükaşırma imkanı
Bərə terminalı26.2 milyon ton
Konteyner körpüsü510 milyon ton
Ro-Ro körpüsü21.8 milyon ton
Ümumi yük körpüsü77 milyon ton
Xidmət körpüsü2--