19.07.2023

Özbəkistanın Baş naziri Abdulla Aripov Bakı Limanına səfər edib

İki ölkə arasında əməkdaşlığın artırılması, Orta Dəhlizdə ticarət imkanlarının gücləndirilməsi və yeni potensialların müəyyən edilməsi məqsədilə Özbəkistanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Limanına səfər edib. Nəqliyyat, energetika, investisiya və ticarət sahələrinin rəhbər şəxslərinin də təmsil olduğu nümayəndə heyəti Bakı Limanının texniki imkanları, yükaşırma həcmi və terminalların iş prinsipi ilə tanış olub. Səfər zamanı qonaqlara Bakı Limanında inşası davam edən və yaxın gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələri barədə məlumat verilib, sualları cavablandırılıb.

Qeyd edək ki, 2018-ci ildən 2023-cü ilin ikinci rübünədək Bakı Limanı və Özbəkistan arasında hər iki istiqamət üzrə 18,000 TEU konteyner, 22, 000 vaqon və 23, 000-dən çox təkərli texnika daşınıb.