08.04.2020
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Mühafizə departamenti əməkdaşları üçün yay və qış formalarının satınalması üzrə açıq müsabiqə elan edir. Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər – vergi şəhadətnaməsinin, reyestr çıxarışı və nizamnamənin notarial təsdiq olunmuş forması (qiymət təklifi istisna olmaqla) 22 aprel 2020-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 24 aprel 2020-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 27 aprel 2020-ci il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.
Əlaqə telefonları: 599-00-03 (1402).
Satınalma Komissiyası